“Əziz Şuşa” beynəlxalq velosiped yarışına nüfuzlu idmançılar qatılıb

6 İyun, 11:54 Sosial mediada paylaşın:
“Əziz Şuşa” beynəlxalq velosiped yarışı böyük tədbirdir. Yüksək təşkilatçılığa görə, Azərbaycan Velosiped Federasiyasına təşəkkür edirəm. Yarışda 14 ölkədən 16 komanda iştirak edəcək və bu, veloturun miqyasını göstərir.
Bu sözləri “Əziz Şuşa” beynəlxalq velosiped yarışına həsr olunmuş mətbuat konfransında turnirin direktoru Ronald Hofer deyib.
Bildirib ki, yarış beş mərhələdən ibarət olacaq. Yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 kilometr məsafə qət edəcəklər. Bu mərhələlər mənə tanışdır. Düşünürəm ki, ikinci mərhələdə qalib sprint yarışında müəyyənləşəcək. Ümid edirik ki, yarış iştirakçıları bu mərhələni uğurla başa vuracaqlar.
“Üçüncü mərhələ Qəbələdən Gəncənin mərkəzinədək olacaq. Velosipedçilər 170 kilometr tamamilə düz marşrut üzrə hərəkət edəcəklər. Gəncə şəhərinin mərkəzində isə idmançıları böyük sprint yarış gözləyir. Dördüncü mərhələ Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 kilometrdən ibarət olacaq. Startdan əvvəl Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Gəncədəki abidəsi ziyarət olunacaq. Göygöl dağlıq ərazidir. Bu mərhələdə finiş çox maraqlı olacaq. Finişdən sonra idmançılarımız Naftalana transfer olunacaq və oradan Beyləqana gedəcəyik. Yarışın əsas mərhələsi Şuşayadək olacaq. Şuşa dağ mərhələsi olacaq. Marşrut üzrə dağa qalxıb sonra şəhərin mərkəzin enəcəyik. Finiş xətti Şuşada “Qarabağ” hotelinin qarşısında olacaq. Komandalar Şuşada gözəl vaxt keçirəcəklər. Ertəsi gün isə növbəti ilin yarışını planlamağa başlayacağıq”, - deyə yarışın direkotru əlavə edib.
Bu il ilk dəfə sprint yarışlara bonus saniyələrin veriləcəyini deyən R.Hofer qeyd edib ki, “Əziz Şuşa” beynəlxalq yarış olduğu üçün nüfuzlu idmançılar qatılıb. Lakin dağ keçid mərhələləri çox olduğu üçün yarışın çətin olacağını düşünürəm.

CANLI YAYIM