"Neftçi" Filip Ozobiçi heyətinə qatmağa çox yaxındır

1 İyun, 10:15 Sosial mediada paylaşın:
"Neftçi" ilk transferini Azərbaycan Kubokunun finalından sonra açıqlayacaq. "Ağ-qaralar" millimizin üzvü Filip Ozobiçlə demək olar ki, bütün məsələlərdə ortaq məxrəcə gəliblər. Xorvatiya əsilli pleymekerlə 2 illik sözləşmə imzalanacaq. Daha öncə Filip "Qəbələ" və "Qarabağ"ın şərəfini qoruyub və hər iki komandanın heyətində Avropa Liqasının qrup mərhələsində iştirak etməyi bacarıb. Ozobiç Ağdam təmsilçisi ilə 4 dəfə Azərbaycan çempionu tituluna yiyələnib.

CANLI YAYIM