"Sevilya" 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub

1 İyun, 08:48 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən final oyununda İtaliya "Roma"sına qalib gələn İspaniya "Sevilya"sı tarixində 7-ci dəfə titula sahib çıxıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 35-ci dəqiqədə "canavarlar" vurublar. Paulo Dibala fərqlənib. 55-ci dəqiqədə La Liqa təmsilçisi tarazlığı bərpa edib. "Roma"nın heyətində Canluka Mançini avtoqol müəllifi olub. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyi üçün penaltilər seriyasından istifadə olunub. 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:1) yerinə yetirən ispaniyalılar turnirin qalibi olublar.
"Sevilya" bu qələbə sayəsində 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.

CANLI YAYIM