"Qalatasaray" 23-cü dəfə Türkiyə çempionu oldu

31 May, 16:51 Sosial mediada paylaşın:
Türkiyə Super liqasında 36-ci turun oyunları keçirilib.
Yarış cədvəlinə başçılıq edən “Qalatasaray” “Ankaragücü”ylə ilə üz-üzə gəlib. Mövsümün qalibini müəyyənləsdiriləcək qarşılaşmaya “Sarı qırmizilar” daha yaxşı başlayıb. Artıq 7-ci dəqiqədə hesab açılıb. Milot Raşitsanin ötürməsindən sonra Mauro İkardi dəqiq zərbə ilə fərqlənib. Lakin paytaxt futbolçuları bərabərlik yaratmağa nail olublar. Milson komandasını ümidləndirib. Çox keçmədən İkardi yenidən diqqət mərkəzinə düşüb. Fasiləyə üstün yollanan Okan Brukun komandası 2-ci hissədə daha 2 vuraraq qələbəni təmin ediblər. Əvvəlcə meydana yenicə daxil olan Barış Alper Yılmaz Ankaragücünü cəzalandırıb. Az sonra isə küncdən zərbədən qapı önünə ötürülən topu Serjiu Oliveya başla qapıdan keçirib. Bununla da 4:1 hesablı qələbə qazanan “Qalatasaray” xallarının sayını 82-yə çatdıraraq sona 2 tur qalmış çempionluğu təmin edib. Komanda tarixində 23-cü dəfə fəxri titula yiyələnib. İstanbul klubunun baş məşqçisi Okan Bruk isə “Qalatasaray”da ilk, Superliqada isə 2-ci dəfə ali mükafata sahib olub. Maraqlıdır ki, Okan Bruk 30 il əvvəl futbolçu karyerasında “Qalatasaray”da ilk çempionluğunu elə mayın 30-da Ankarada qeyd etmişdi.

CANLI YAYIM