Bu gün Avropa Liqasının finalında "Sevilya" ilə "Roma" üz-üzə gələcək

31 May, 14:40 Sosial mediada paylaşın:
Bu gün UEFA Avropa Liqasında çempionun adına aydınlıq gələcək. Macarıstanın paytaxtı Budapeştdə, Puşkaş Arenada keçiriləcək həlledici qarşılaşmada “Sevilya” “Roma” ilə üz-üzə gələcək. Komandalar indiyə qədər bütün turnirlər daxil omaqla 4 dəfə qarşılaşıblar . Bu oyunların 2-də “Sevilya”, 1-də “Roma” qalib gəlib. 1 görüş isə heç-heçə yekunlaşıb. Hər iki klub yerli çempionatlarda ilk dördlüyə düşə bilmədiyindən növbəti mövsüm Çempionlar Liqasına yüksəlmək üçün bu turnirdə ali mükafata yiyələnməlidir.
Oyundan əvvəl təşkil olunan mətbuat konfransında “Sevilya”nın baş məşqçisi Xose Luis Mendelibar bunları söyləyib: “Çempionluğa layiq 2 komanda finalda üz-üzə gələcək. Bəli, “Sevilya” 6 dəfə finala çıxıb və hamısında qalib gəlib. Lakin bu indiki həlledici görüşdə də qələbəmizin təmin olunduğunu deməyə əsas vermir. Çempion olmaq üçün meydanda sona qədər mübarizə aparıb ən üstün cəhətlərimizi göstərməliyik. Əks halda uğur qazanmaq çətin olacaq”.
 İndiyə qədər çıxdığı 5 finalın hər brində qələbə qazanan Joze Mourinyo bu dəfə də çempionluğa iddialıdır. Təcrübəli mütəxəssis həmkarı Xose Luis Mendilibarın işini yüksək qiymətləndirib və istənilən nəticəyə rəğmən azarkeşlərin görüşdən zövq alacaqlarını bildirib: Mövsümün əvvəlində heç kim finala çıxacağımızı gözləmirdi. Biz imkanlarımızdan maksimum yararlandıq. Həlledici matçda güclü rəqiblər üz-üzə gələcəyik. Bu finalın əhəmiyyəti bizim üçün böyükdür. UEFA Konfrans Liqasından sonra Avropa Liqasında da çempion olaraq düzgün yolda olduğumuzu göstərmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, saat 23:00-da başlanacaq “Sevilya” - “Roma”  matçını Entoni Teylorun başçılığı altında ingiltərəli hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM