Şəhriyar Məmmədyarov Norveçdəki turnirə qələbə ilə başladı

31 May, 12:12 Sosial mediada paylaşın:
Norveçin Stavanger şəhərində şahmatçıların superturniri başlanıb.
Qrosmeysterimiz Şəhriyar Məmmədyarov “Norvey Çes”in startında yerli idmançı Aryan Yari ilə qarşılaşıb. Görüş heç-heçə başa çatdığından qalibi müəyyənləşdirmək üçün armageddona ehtiyac duyulub. Bu hissədə Şəhriyar Məmmədyarov uğur qazanaraq qələbəni təmin edib. Reqlamentə əsasən armageddonda qalib gələn şahmatçının hesabına 2 xal əlavə olunur. Partiyada qələbə qazanan qrosmeyster isə 3 xal əldə edir.  İlk turun yekunlarına əsasən Amerika Birləşmiş Ştatlarını təmsil edən Fabiano Karuana və hindistanlı Domaracu Qukeş 3 xalla irəlidə gedir. Şəhriyar Məmmədyarov, Aniş Giri və Vesli Sou isə 2 xalla 3-5-ci yerləri tuturlar. “Norvey Çes” superturniri iyunun 9-dək davam edəcək.

CANLI YAYIM