"Yuventus" Alleqrini göndərə bilər

30 May, 16:50 Sosial mediada paylaşın:
"Yuventus" mövsümün sonunda Massimiliano Alleqri ilə yollarını ayırmağa qərar verib.
55 yaşlı mütəxəssisin gedişi ilə bağlı söz-söhbətlər "Yuventus"un Avropa Liqasını yarımfinal mərhələsində "Sevilya"ya uduzmasından sonra çoxalıb. Turin təmsilçisinin rəhbərliyi bu yaxınlarda Alleqri ilə müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı danışıqlara başlayıb. Razılıq əldə olunarsa, məşqçi dərhal vəzifəsini tərk edəcək. Massimiliano Alleqrinin "Yuventus"la müqaviləsi 2024-2025-ci illər mövsümünün sonuna kimi hesablanıb.

CANLI YAYIM