"Boston Seltiks" seriyada fərqi minimuma endirdi

26 May, 16:48 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında Şərq konfransının final seriyası davam edir.
İlk 3 oyunda “Mayami Hit”ə məğlub olan “Boston Seltiks” ardıcıl 2 qələbə ilə seriyada fərqi minimuma endirib. Mayamidəki oyunlardan sonra yenidən doğma arenaya qayıdan Co Mazzullanın komandası seriyanın 5-ci matçında parlaq çıxışı ilə yadda qalıb. Artıq ilk dəqiqələrdən təşəbbüsü ələ alan bostonlular fasiləyə 17 xallıq üstünlüklə yollanıb. İkinci hissədə floridalılar vəziyyəti nəzarət altında saxlasalar da, hesab arasındakı fərqi azalda bilməyib. Bu arenada keçirilən ilk iki oyunda “Hit”in qələbə qazanmasında böyük rol oynayan Cimmi Batler bu görüşdə məhsuldarlığı ilə yadda qalmayıb. “Boston”un heyətində isə Derrik Uayt, Markus Smart, Ceyson Teytum və Ceylen Braun fəallıq nümayiş etidrməklə qələbədə pay sahibi olub. Beləliklə də, “Mayami”ni 110:97 hesabıyla məğlub edən “Boston “ seriyada fərqi minimuma endirib. Komandalar arasında 6-cı görüş mayın 28-də Mayamidə keçiriləcək.

CANLI YAYIM