"Zirə" Hamidu Keytaya yeni müqavilə təklif edib

26 May, 12:20 Sosial mediada paylaşın:
"Zirə" mövsümün sonunda müqaviləsi başa çatacaq Hamidu Keytaya yeni müqavilə təklif edib.
 Yeni müqavilədə futbolçuya daha yüksək maaş təklif olunub. Ancaq futbolçu özü hələlik təklifi qəbul etməyib və mövsümün sonunu gözləyir. Çünki "Zirə" avrokuboklara düşə bilməsə, Keyta klubu tərk etmək istəyir. Qeyd edək ki, futbolçuya “Qarabağ” klubu maraq göstərir. 

CANLI YAYIM