Cüdoçularımız Qran-pridə 2 medal qazandı

26 May, 12:00 Sosial mediada paylaşın:
Avstriya Qran-prisinin ilk günündə 7 cüdoçumuz tatamiyə çıxıb ki, onlardan da 2-si mükafat əldə edib. 66 kqda çıxış edən Kamran Süleymanov finala kimi irəliləyib. O, həlledici görüşə qədər Afrika, İtaliya, Avstriya və Almaniya idmançısına qalib gəlib. Finalda ispaniyalı David Qarsiyaya uduzan Kamran Süleymanov gümüş medalla kifayətlənib.
60 kqda Nazir Talıbov mükafat qazanmağa yaxın olub. Amma o,bürünc medal uğrunda qarşılaşmada ukraynalı rəqibi ilə bacarmayıb.
Qızların yarışında isə Gültac Məmmədəliyeva ümidləri doğruldub. 52 kqda mübarizə aparan idmançımız qran-prinin bürünc medalını əldə edib. O, 3-cülük uğrunda görüşdə ispaniyalı Ariane Toro-ya qalib gəlib. Beləliklə komandamız yarışın ilk günündə 1 gümüş və 1 bürünc mükafat qazanıb. Xatırladaq ki, mayın 27-də başa çatacaq Asvtriya Qran-prisi “İdman TV” ilə canlı yayımlanır.

CANLI YAYIM