"Baku Fair" tarixində ilk dəfə Azərbaycan Kubokunu qazandı

25 May, 12:10 Sosial mediada paylaşın:
Futzal üzrə 2022-2023-cü il mövsümünün son oyunu keçirilib.
Azərbaycan kubokunun sahibini müəyyənləşdirən matçda Yüksək Liqanın gümüş və bürünc mükafatçıları - Azərbaycan kubokunun ötənilki sahibi “Neftçi” və “Baku Fire” komandaları üz-üzə gəlib. Birinci hissənin ilk dəqiqələri qarşılıqlı hücumlarla yadda qalıb. Hesab 12-ci dəqiqədə açılıb. Nominal qonaqlar ardıcıl qollar vurmaqla fasiləyə 4 top üstünlüklə yollanıb. İkinci hissəni “Neftçi” daha çox qapıçısını meydan oyunçusu ilə əvəzetməklə keçirsə də, hesabda geridönüş edə bilməyib. “Ağ qaralar” son dəqiqələrdə isə 2 10 metrlik cərimə zərbəsi fürsətini əldən buraxıb. Yekunda 5:0 hesabı ilə qələbə qazanan “Baku Fire” ilk dəfə Azərbaycan kubokunun sahibi olub.

CANLI YAYIM