Azərbaycan Basketbol Liqasında final seriyasında hesab bərabərləşib

23 May, 12:05 Sosial mediada paylaşın:
Azərbaycan Basketbol Liqasında final seriyası davam edir. “Sabah” və “Gəncə” komandaları növbəti dəfə qarşılaşıblar.
“Sabah” və “Gəncə” liqanın final seriyasında ikinci dəfə üz-üzə gəlib. İlk oyunda qalib gələn “Sabah” bu dəfə uğur qazana bilməyib. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan görüşə Gəncə basketbolçuları fəal başlayıblar və ilk hissəni 20:11 hesabı ilə öndə tamamlayıblar. İkinci periodda “Sabah” təşəbbüsə yiyələnib və böyük fasiləyə 41:39 hesablı üstünlüklə yollanıb. 3-cü hissədə komandalar bərabər səviyyədə mübarizə aparıblar. Sonuncu periodda yenidən fəallaşan “Gəncə” yekunda 78:74 hesabı ilə qalib gəlib.  Beləliklə, final seriyasında hesab bərabərləşib. Növbəti matç mayın 24-də keçiriləcək. Qeyd edək ki, 3 qələbə qazanan komanda Azərbaycan çempionu adını qazanacaq.

CANLI YAYIM