Gimnastlarımız tarixi nəticə əldə etdilər

22 May, 13:00 Sosial mediada paylaşın:
Bakıda, Milli Gimnastika arenasında “Ulduz kimi Parla” şüarı altında keçirilən 39-cu Avropa çempionatı başa çatıb.
Yarışların son günü gimnastlarımızın tarixi uğurları ilə yadda qalıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız üç lent və iki topla çıxışında bütün rəqiblərini qabaqlayıb. Gimnastlarımızın möhtəşəm kompaziyası hakimlər tərəfindən 32,250 balla qiymətləndirilib.İsrail və İspaniya seçmələrini qabaqlayan kollektivimiz Avropa çempionu adına layiq görülüb. Bu, Azərbaycan gimnastika tarixində qrup hərəkətləri komandamızın Avropa çempionatında qazandığı ilk qızıl medaldır.
Gimnastların fərdi yarışında isə Zöhrə Ağamirova tarixi uğur əldə edib. O, topla hərəkətlərin icrasında italiyalı və bolqarıstanlı rəqibindən geri qalaraq 3-cü yeri turub. Bununla da, təmsilçimiz bürünc medal qazanıb. Bununla da, Zöhrə Ağamirova Avropa çempionatında mükafat qazanan ilk azərbaycanlı gimnast olub.
Bununla da gimnastlarımız qitə yarışını 1 qızıl və 4 bürünc medalla başa vurublar.
Xatırladaq ki, qrup hərəkətləri komandamız çoxnövçülükdə bürünc medal qazanmışdı. Bundan başqa,  gənclərin yarışında qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc əldə edib. Sonda xatırladaq ki, 38 ölkədən 315 gimnastın çıxış etdiyi Avropa çempionatı "İdman TV" ilə canlı yayımlanıb.

CANLI YAYIM