Konfrans Liqasının finalında "Fiorentina" ilə "Vest Hem" qarşılaşacaq

19 May, 12:30 Sosial mediada paylaşın:
UEFA Konfarns Liqasında finalçıların adlarına aydınlıq gəlib.
“Vest Hem” İngiltərədə “Alkmaar”ı 2:1 hesabilə məğlub edəndən sonra rəqibilə Niderlandda qarşılaşıb. Matçın ilk hissəsində hesab açılmayıb. Görüşün taleyini həll edən yeganə qol sona yaxın vurulub. 2-ci hissəyə artırılan 4-cü dəqiqədə Pablo Fornals “Vest Hem”ə minimal hesablı qələbə qazandırıb. Beləliklə “çəkicdöyənlər” 2 oyunun yekununda 3:1 hesabilə üstün olaraq finala vəsiqə əldə edib.
“Fiorentina” isə İtaliyada keçirilən ilk matçda “Bazel”ə 1:2 hesabilə uduzandan sonra rəqibilə İsveçərədə qarşılaşıb. Florensiya klubu 35-ci dəqiqədə önə çıxıb. Nikolas Qonsales meydan sahiblərinin qapısına yol tapıb. Fasilədən sonra tarzlıq bərpa olunuib. 55-ci dəqiqədə Zəki Amduni hesabı 1:1 edib. 72-ci dəqiqədə dubl edən Nikolas Qonsales “Fiorentina”nı yenidən önə çıxarıb. Ümumi nəticə 3:3 olduğundan əlavə vaxt oynanılıb. Final fitinə saniyələr qalmış Antonin Barakın vurduğu qol “Fio”nu finala çıxarıb. Qeyd edək ki, Florensiya klubu tarixində yalnız 1 dəfə Kuboklar Kuboku qazanıb. Vinçentso İtalyanonun komandasının final rəqibi “Vest Hem” də tarixində yanız 1 dəfə Kuboklar Kubkunun sahibi olub. “Fiorentina” və “Vest Hem” komandaları arasında UEFA Konfrans liqasının final oyunu iyunun 7-si Praqada keçiriləcək.

CANLI YAYIM