Avropa Liqasının finalında "Sevilya" ilə "Roma" üz-üzə gələcək

19 May, 12:15 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.
“Yuventus” yarışın rekordçusu “Sevilya” ilə öz meydanında 1:1 hesablı heç-heçədən sonra bu rəqibilə İspaniya üz-üzə gəlib. İlk hissədə hesab açılmayıb. İlk qol 65-ci dəqiqəyə təsadüf edib. Duşan Vlahoviç qonaqları önə çıxarıb. Ancaq çox keçmədən  tarazlıq bərpa olunub. 71-ci dəqiqədə Suso hesabı bərabərləşdirib. 90 dəqiqə 1:1 hesabilə başa çatıb. 2 oyunun yekununda 2:2 hesablı heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. 95-ci dəqiqədə Erik Lamela Sevilyanı önə çıxarıb. 10 nəfərlə qalan “Sevilya” qələbə hesabını qoruya bilib. Beləliklə 2 qarşılaşmanın nəticəsinə əsasən 3:2 hesabilə qalib gələn “Sevilya” finala çıxıb.
Əndəlüs klubunun həlledici qarşılaşmada rəqibi “Roma” olacaq. Ötən il konfrans liqasının qalibi olan paytaxt klubu “Bayer”in qonağı olub. İtaliyada minimal hesablı qələbə qazanan “canavarlar” Almaniyada qolsuz heç-heçəyə nail olaraq finala vəsiqə qazanıblar. Xatırladaq ki, “Roma” 1991-ci ildə UEFA Kuboku yarışının finalına çıxsa da, həlledici görüşdə “İnter”ə uduzmuşdu. “Sevilya” isə UEFA Avropa Liqasının altıqat qalibidir. Qeyd edək ki, “Sevilya” və “Roma” komandaları arasında UEFA Avropa Liqasının final matçı mayın 31-i Budapeştin “Puşkaş” stadionunda olacaq.

CANLI YAYIM