Zöhrə Ağamirova Avropa çempionatında finala yüksəldi

19 May, 12:00 Sosial mediada paylaşın:
Bakıda bədii gimnastların Avropa çempionatı davam edir. Milli Gimnastika arenasında təşkil olunan yarışın 2-ci günündə 2 idmançımız fərdi proqramda bacarığını göstərib. Zöhrə Ağamirova və İlona Zeynalova təsnifat mərhələsində halqa və topla çıxış ediblər.
Ağamirova halqa ilə hərəkətlərdə 32.150 xalla 6-cı,  topla hərəkətlərdə isə 32.550 xalla 5-ci yeri tutaraq hər iki növdə finala yüksəlib.
İlona Zeynalova halqa ilə hərəkətlərdə 23.9 xal toplayaraq 59-cu olub. Gimnastımız topla hərəkətlərdə isə 27.3 xal toplayıb və yekunda 35-ci yeri tutub.
Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektivimiz iki bürünc medal qazanıb.
“İdman TV”də canlı yayımlanan bədii gimnastika üzrə Avropa çempionatı mayın 21-də başa çatacaq.

CANLI YAYIM