"Yuventus" məğlubiyyətdən xilas oldu, "Roma" qalib gəldi

12 May, 12:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları kecirilib. “Yuventus” Turində “Sevilya”nı qəbul edib. Görüşdə hesabı İspaniya təmsilçiləri açıblar. 26-cı dəqiqədə Yussef  Ən-Nəsiri qapını dəqiq nişan alıb. Meydan sahibləri son saniyələrdə məğlubiyyətdən xilas olublar. 2-ci hissəyə artırılan 7-ci dəqiqədə Federiko Qatti yekun nəticəni müəyyənləşdirib - 1:1
Digər yarimfinal oyunu da İtaliyada olub. Paytaxtda “Roma” futbolçuları  “Bayer Leverkuzen”i qəbul ediblər. Meydan sahibləri Eduardo Bovenin vurduğu yeganə qolla minimal hesabla qalib gəliblər. Qeyd edek ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 18-də olacaq. 

CANLI YAYIM