Formula 1-də Azərbaycan Qran-prisindən əvvəl format dəyişib

26 Aprel, 11:00 Sosial mediada paylaşın:
Formula 1 üzrə Azərbaycan Qran-prisindən əvvəl format dəyişib.
Formula 1- Komissiyasının iclasında yeni format rəsmən təsdiqlənib. Buna əsasən Bakı mərhələsindən başlayaraq şənbə günü səhər sərbəst yürüşlər əvəzinə sprintin təsnifatı keçiriləcək. Onun nəticələrinə uyğun olaraq sprintdə start düzümü müəyyənləşəcək. Bu format bütün sprint yarışlarının daxil olduğu mərhələlərə aiddir. Şənbə günü təşkil ediləcək təsnifat mərhələsinin ilk sessiyası 12, 2-cisi 10 , 3-cüsü isə 8 dəqiqə olacaq. Final sessiyasında iştyirak edən pilotlar cəmi bir dövrə vura biləcəklər. İlk 2 sessiyada sürücülər medium , 3-cüdə isə Soft təkərlərdən istifadə etmək məcburiyyətindədirlər. Əlavə edək ki, bu mövsüm 6 Qran-pridə sprint yarışı keçiriləcək. İlk sprint mübarizəsi Bakıda təşkil olunacaq. 
Xatırladaq ki, ilk 3 yarışdan sonra “Red Bull” pilotu Maks Ferstappen 69 xalla şəxsi birinciliyə başçılıq edir. Ondan 15 xal geridə qalan komanda yoldaşı Serxio Peres 2-ci pillədədir.  Hər 3 yarışda fəxri kürsüyə yüksələn “Aston Martin”in üzvü Fernando Alonso 3-cü yerdə qərarlaşıb. Mühəndislər Kubokunda isə “Red Bull”  123 xalla liderliyini davam etdirir.  Sonrakı iki pilləni isə “Astron Martin”lə “Mersedes” tutur.  Əlavə edək ki, Formula 1 üzrə Azərbaycan qran prisi İdman Tv ilə canlı yayımlıanacaq

CANLI YAYIM