Forumula 1 üzrə Azərbaycan Qran-prisinin startına 3 gün qalıb

25 Aprel, 12:00 Sosial mediada paylaşın:
Formula 1 üzrə Azərbaycan Qran-prisinin başlanmasına 3 gün qalır.
Artıq mötəbər yarışın bütün tribuna biletləri satılıb. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat verib. Azərbaycanın 7-ci dəfə ev sahibliyi edəcəyi, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən Qran-priyə baxmaq üçün 100-dən çox ölkədən sürət həvəskarlarının paytaxtımıza təşrif buyuracağı bildirilir.  Qeyd edək ki, Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışlarının da həyəcanı yaşanacaq. Turnirin bütün mərhələlərini “İdman TV”də canlı izləyə biləcəksiniz.

CANLI YAYIM