Sərbəst güləş millimiz komanda hesabında Avropa çempionu oldu

20 Aprel, 12:00 Sosial mediada paylaşın:
Xorvotiyada keçirilən Avropa çempionatında sərbəst güləşçilərimiz daha 3 medal qazanıblar.
92 kqda Osman Nurməhəmmədov finalda güləşib. O, türkiyəli Feyzulla Aktürklə qarşılaşıb. Rəqibinə uduzan pəhlivanımız gümüş medalla kifayətlənib. 86 kqda Abubakar Bakarov isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. O, həlledici görüşdə Slovakiya idmançısından güclü olub. Ən ağır çəkidə ölkəmizi təmsil edən Georgi Meşvildişvili də bürünc medal qazanəb. O, 3-cü yer uğrunda görüşdə İtaliya güləşçisini məğlub edib. Beləliklə kollektivimiz sərbəst güləş yarışlarını  2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vuraraq, komanda hesabında 1-ci olub. Xatırladaq ki, daha əvvəl Əliaddbas Rzazadə və Hacı Əliyev Avropa çempionu olmuşdular. Maqomedxan Maqomedov isə gümüş medal əldə etmişdi.
 

CANLI YAYIM