Voleybol üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib

7 Aprel, 12:00 Sosial mediada paylaşın:
Kişi voleybolçular Yüksək Liqasında finalçılar bəlli olub. İlk oyunda uğur qazanan komandalar 2-ci görüşdə də qalib gələrək finala çıxıb. “Xarı Bülbül” 5 setin yekununda “Neftçi”ni mübarizədən kənarlaşdırıb. “Xarı Bülbül” voleybolçuları gərgin mübarizənin tay-brekində  15:10 hesabilə üstün olaraq finala çıxıblar.
Çempionatı lider kimi tamamlayan MOİK isə “Murov”a aman verməyib. “Hərbçilər” görüşün taleyini 3 setdə həll ediblər -  25:20, 25:15 və 25:20.
Beləliklə kişi voleybolçuların Yüksək Liqasında “Xarı Bülbül” və MOİK qızıl, “Neftçi” və “Murov” isə bürünc medallar uğrunda mübarizə aparacaq.

CANLI YAYIM