Voleybol üzrə Azərbaycan çempionatında yarımfinalın ilk oyunları keçirilib

30 Mart, 12:00 Sosial mediada paylaşın:
Qadın voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinin  startı verilib. İlk oyunlarda "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşıb. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunub.
“Abşeron” – “Murov” oyununda nominal qonaqlar 4 setdə qalib gəliblər - 29:27, 18: 25, 25:19 və 25:18.
"Azərreyl" - UNEC oyununda isə "dəmiryolçular" 3 setdə qələbə qazanıblar -  25:7, 25:14, 25:17
Qeyd edək ki, yarımfinal mərhələsi iki, final isə üç qələbəyə kimi oynanılacaq.

CANLI YAYIM