OCTYPE html> Qadın şahmatçıların Avropa çempionatı yekunlaşıb

Qadın şahmatçıların Avropa çempionatı yekunlaşıb

30 Mart, 11:00 Sosial mediada paylaşın:
Monteneqronun Petrovats şəhərində qadın şahmatçıların Avropa çempionatı yekunlaşıb.  
Sonuncu – 11-ci turda millimizin üzvlərindən ikisi qələbə qazanıb. Ülviyyə Fətəliyeva Serbiya, Ləman Hacıyeva Gürcüstan şahmatçısından üstün olub. Komandamızın heyətindən 5 nəfər rəqibləri xalı yarı bölüb. Digər 5 şahmatçı isə uduzub. Sonuncu turda heç-heçə edən şahmatçılardan Gülnar Məmmədova Avropa çempionatında ən yaxşı nəticəyə nail olub. 11 görüşün yekununda 7 xal toplayan şahmatçımız qitə yarışını 25-ci yerdə başa vurub. Ötən ilki Avropa çempionatında bürünc medal əldə edən Ülviyyə Fətəliyeva 6 xal yarımla 40-cı, bürünc mükafatçı Günay Məmmədzadə isə 6 xalla 46-cı olub. Qitə yarışının mükafatçılarına gəlincə, gürcüstanlı Meri Arabidze qızıl medala yiyələnib. Polşalı Oliviya Kiolbasa gümüş, onun həmvətəni Aleksandra Maltsevskaya bürünc mükafata sahib olub.

CANLI YAYIM