"Tottenhem" Konte ilə yollarını ayırdı

27 Mart, 14:27 Sosial mediada paylaşın:
“Tottenhem”  baş məşqçi Antonio Konte ilə yolları ayırıb. Klubun rəsmi saytında bununla bağlı bəyanat dərc olunub. Baş məşqçi Antonio Konte ilə əməkdaşlığımıza son qoyulub. Qərar qarşılıqlı razılıq əsasında qəbul olunub. Antonio Konte işlədiyi ilk mövsümdəcə komandanı çətin vəziyyətdən çıxardı. “Tottenhem” UEFA Çempionlar Liqasına vəsiqə qazandı. İtaliyalı mütəxəssisə gördüyü işlər üçün təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Kristian Stellini mövsümün sonuna qədər baş məşqçi postunda olacaq. Rayan Meyson isə köməkçi məşqçi funksiyasını yerinə yetirəcək”
“Tottenhem” hazırda İngiltərə Premyer Liqasında 49 xalla ilk 4-lüyü tamamlayır. London klubu avrokuboklarda və İngiltərə kubokunda mübarizəni dayandırıb. “Tottenhem”in prezidenti Deniel Levi indiki mövsüm əsas məqsədin UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu deyib.

CANLI YAYIM