"Gəncə" basketbol üzrə Azərbaycan Kubokunun qalibi olub

27 Mart, 12:03 Sosial mediada paylaşın:
Basketbol üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşib.
Final görüşündə "Gəncə" və NTD klubları üz-üzə gəlib. Sərhədçi İdman Mərkəzində keçirilən görüşdə azarkeşlər gərgin mübarizə izləyiblər. Təsadüfi deyil ki, oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 85:85. Fəxri mükafatın taleyi overtaymda həll olunub. Burda daha yaxşı çıxış edən Gəncə basketbolçuları 100:89 hesabı ilə qalib gələrək, ölkə kubokuna yiyələniblər. Qalib komandanın heyətində Kollin Törner final görüşünün ən dəyərli basketbolçusu seçilib. O, həm də 38 xalla həlledici matçın ən məhsuldar oyunçusu da olub. Əkbər Məmmədov 15 xal, 14 ribaund, Amil Həmzəyev isə 14 xal, 13 ribaundla qələbəyə öz töhfəsini verib.  NTD-nin heyətində isə Zak Hadson 20 xal və 8 ribaundla diqqət çəkib.

CANLI YAYIM