Dünya çempionatında millimizin üzvü ilk döyüşündə qalib gəldi

17 Mart, 12:05 Sosial mediada paylaşın:
Qadın boksçulardan ibarət milli komandamız Hindistanın paytaxtı Dehlidə keçirilən dünya çempionatında iştirak edir.
Komandamız üzvü Zeynəb Rəhimova ilk döyüşünə çıxıb.  54 kq çəkidə çıxış edən boksçumuz Cənubi Afrika Respublikası təmsilçisi Lethokule Sibisi  ilə üz-üzə gəlib. Hər 3 raundunda inamla çıxış edən Rəhimova yekunda 5:0 hesabı ilə qalib gəlib.  Zeynəb 1/16 finalda  Yeni Zelandiya boksçusu Kristin Gillespi ilə döyüşəcək. Qarşılaşma martın 18-də keçiriləcək.  Komnadmızın digər üzvü Anaxanım İsmayılova isə stardaca mübarizəni dayandrıb. 50 kq çəki dərəcəsində qüvvəsini sınayan yığmamızın üzvü hindistanlı Zarin Nixadla bacarmayıb. Qeyd edək ki, millimiz mundiala 6 boksçu ilə yollanıb.  Mükafat fondu 2,4 milyon dollar olan dünya çempionatının final döyüşləri martın 25-i və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min , finalçısı 50 min, bürünc mükafatçı isə 25 min dollar qazanacaq.

CANLI YAYIM