"Neftçi" - "Kəpəz" oyununda qalib müəyyənləşmədi

17 Mart, 12:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 27-ci turunda “Neftçi” doğma arenada “Kəpəz”i qəbul edib.
Görüşün ilk hissəsində qol vurulmasa da, fasilədən sonra azarkeşlər məhsuldar və maraqlı qarşılaşma izləyiblər. 57-ci dəqiqədə Gəncə təmsilçiləri hesabı açıblar. Yusif Nəbiyev hesabı açıb. Az sonra tarazlıq bərpa olunub. Emin Mahmudov qapını dəqiq nişan alıb. 71-ci dəqiqədə meydan sahibləri hesabda önə keçiblər. Eddi İsrafilov fərqlənib. Amma paytaxt təmsilçilərinin sevinci cəmi 2 dəqiqə çəkib. Salif Sisse komandasını məğlubiyyətdən xilas edib - 2:2. Beləliklə, 2-ci hissəsində 4 qol vurulan oyunda qalib müəyyənləşməyib. Bununla da həm də “Neftçi”nin rəqibi üzərindəki uğurlu seriyası başa çatıb. Belə ki, bu qarşılaşmaya qədər “Neftçi” Gəncə klubu ilə matçlarda ardıcıl 5 qələbə qazanmişdi. 27 tura 56 xal toplayan “Neftçi” turnir cədvəlində 3-cü yerdədir. Komanda 2-ci pillədəki “Sabah”dan 6, lider “Qarabağ”dan 15 xal geri qalır. “Kəpəz” isə 22 xalla 7-ci yerdə qərarlaşıb.

CANLI YAYIM