Renat Dadaşov "Qrasshopper"də növbəti qolunu vurdu

13 Mart, 13:30 Sosial mediada paylaşın:
İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib.
 Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” doğma meydanda “Vintertur”la qarşılaşıb. Renatın komandası oyundan qələbə ilə ayrılıb - 2:1. Renat da bu görüşün iştirakçısı olub. O, əsas heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. "Qrashopper"in ilk qolunu da elə məhz 41-ci dəqiqədə Dadaşov vurub. Qeyd edək ki, “Qrasshopper” 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

CANLI YAYIM