Bakıda keçirilən İdman gimnastikası üzrə dünya kuboku yekunlaşıb

13 Mart, 13:15 Sosial mediada paylaşın:
Bakıda keçirilən dünya kubokunun sonuncu günündə daha 5 növdə qalib və mükafatçılar müəyyənləşib.
Kişilərin turnik yarışında gimnastımız İvan Tixonov da final mərhələsində mübarizə aparıb. O, 12,200 balla mükafatçılar arasına düşə bilməyib. Bu növdə israil idmançısı Aleksandr Miyakin 14,200 balla qalib olub. Qadınların sərbəst hərkətlərində də ölkəmiz finalda təmsil olunub. Nazənin Teymurovanın həlledici mərhələdə çıxışı 9.966 balla qiymətləndilib və o, da fəxri kürsüdən kənarda qalıb. Fransalı Marin Boyer 12,833 balla bu yarışın qalibi olub. Digər növlərə gəldikdə qadınların gimnastika tirində hərəkətlərində italiyalı Ciorcia Villa qızıl medal qazanıb. O, məhz fransalı Marin Boyeri qabaqlayıb. Kişilərin dəstəkli at yarışında Qazaxıstan təmsilçisi Nəriman Kurbanov qalib olub. dayaqlı tullanmada isə Flippin təmsilçisi Karlos Edriel Yulo fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, “İdman TV” ilə canlı yayımlanan dünya kubokunu komandamız 1 qızıl medalla başa vurub. Gimnastımız Nikita Simonov ilk final günündə halqalarla hərəkətlərdə ən yaxşı nəticə göstərmişdi.

CANLI YAYIM