Premyer Liqada 26-cı tura Şamaxıda yekun vuruldu

13 Mart, 13:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatında 26-cı turun son oyunu Şamaxıda keçirilib.
Şəhərin eyni adlı komandası “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb. 2-ci hissədə isə qonaqlar istəklərinə nail olublar. 81-ci dəqiqədə fərqlənən Mateus Saldanya “Neftçi”yə minimal hesablı qələbə qazandırıb. 26 tura 55 xal toplayan paytaxt klubu turnir cədvəlində 3-cü pillədədir. Komanda 2-ci yerdəki “Sabah”dan 4, lider “Qarabağ”dan 13 xal geri qalır. Mövsümdə 14-cü dəfə uduzan “Şamaxı” isə 20 xalla 9-cu pillədədir. Komanda yalnız autsayder “Səbail”i 3 xal qabaqlayır.

CANLI YAYIM