Ağalı kəndinin məktəbində cüdo bölməsi yaradılıb

10 Mart, 12:00 Sosial mediada paylaşın:
Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin nəzdində cüdo bölməsi fəaliyyətə başlayıb.
Açılış mərasimində Gənclər və  idman naziri Fərid Qayıbov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında  Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Cüdo Federasiyasının rəsmiləri Natiq Bağırov və Rəşad Rəsullu iştirak ediblər. Onlar burada yaradılan şəraitlə tanış olublar. Məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub. Bölməyə cüdo uniformaları təqdim olunub. Həmçinin, federasiyanın təcrübəli məşqçiləri tərəfindən Ağalı kənd sakini, cüdoçu İsmayıl Hüseynliyə məşqçilik təlimləri keçirilib.

CANLI YAYIM