Rocer Şmidt: "Səfərdəki qələbəni unutmalıyıq"

7 Mart, 14:11 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir cavab görüşü Lissabon şəhərinin “Eştadiu da Luz” Arenasında təşkil olunacaq. Burada mövsümü uğurlu nəticələrlə davam etdirən “Benfika” Belçika klubu “Brügge” ilə üz-üzə gələcək. Portuqaliya klubunun “Yan Breydel” stadionundakı 2:0 hesablı qələbəsi Lissabon təmsilçisini 1/4 finala bir qədər də yaxınlaşdırır. Lakin baş məşqçi Rocer Şmidt arxayın olmağın onlara baha başa gələcəyini bildirir: “Mənim fikrimcə səfərdəki qələbəni unutmalı və heç bir şey olmamış kimi qarşılaşmaya köklənməliyik. 2 top üstünlüyü ilə öndə olduğumuzu düşünsək arxayınlaşa bilərik. Belə olan halda futbolçular minimum hesaba can atır. Nəticədə oyundan heç kim zövq ala bilmir. Biz öz meydanımızda “Benfika”nın nəyə qadir olduğunu göstərməli, istər ölkə, istərsə də Avropadakı futbolsevərlərin diqqətini Lissabona yönəltməliyik.”
“Brügge”nin baş məşqçisi Skot Parker isə qarşıda onları çətin 90 dəqiqəni gözlədiyini söyləyib: “Rəqibimizin gücünə bələdik. Belçikadakı görüşdə bəzi sürprizlərlə qarşılaşdıq. Təbii ki, bu gözlənilməz hallar da bizim oyun planımıza ciddi təsir göstərdi. Artıq “Benfika”nın necə futbol oynadığından xəbərdarıq. Səhvlərimizi düzəltmişik. Qələbəyə köklənmişik. Mərhələni keçmək üçün sonadək mübarizə aparacayıq.”
Qeyd edək ki, “Benfika” – “Brügge” matçı bu gün Bakı vaxtı ilə gecə yarışı başlanacaq. Görüşü Halil Umut Melerin rəhbərlik etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM