Filip Ozobiç "Neftçi"yə keçə biıər

6 Mart, 12:30 Sosial mediada paylaşın:
“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç “Neftçi”yə keçə bilər.
Hazırda klubdan ayrılmaq üzrə olan xorvatiyalıya yeni müqavilə təklif olunmayıb. Ağdamlılar Azərbaycan yığmasının xorvat əsilli futbolçusunun xidmətlərində maraqlı deyil. Bundan istifadə edən “Neftçi” Ozobiçi heyətinə qatmaq istəyir. Azərbaycanda qalmağa isti yanaşan yarımmüdafiəçi paytaxt klubunun təklifini qəbul etmək fikrindədir. “Neftçi” Ozobiçə yüksək maaşla 2 illik müqavilə təklif edib. Qeyd edək ki, Ozobiç “Qarabağ”dan öncə “Qəbələ”nin formasını geyinib.

CANLI YAYIM