NTD komandası vahid lider oldu

2 Mart, 14:29 Sosial mediada paylaşın:
Basketbol Liqasında 20-ci turun açılış ouyunu NTD və “Gəncə” arasında keçirilib.
“Sərhədçi  İdman Mərkəzində təşkil olunan qarşılaşmaya nominal meydan sahibləri fəal başlayıblar və ilk periodu 18:13 hesabı ilə öndə tamamlayıblar. İkinci hissədə meydanda bərabər mübarizə gedib. Buna baxmayaraq böyük fasiləyə NTD 46-40 hesablı üstünlüklə yollanıb.  Görüşün 3-cü periodunda NDT basketbolçuları üstünlüklərini bir qədər də möhkəmləndirib. Sonuncu hissədə Gəncə komandası inamlı oyun nümayiş etdirsə də, bu qələbə üçün yetərli olmayıb. NTD 91:85 hesabı ilə qalib gəlib. Matçın ən məhsuldar basketbolçusu  NDT -nin üzvü Ceremi Heys olub. O,  28 xal və  11 ribaundla fərqlənib. Bu qələbə ilə xallarının sayını 34-ə çatdıran NTD vahid lider olub. Ondan 2 xal az toplayan “Sərhədçi” və “Sabah”ın ehtiyyatda bir oyunu var.  Xatlrladaq ki, 20-ci turun digər görüşü məhz “Sərhədçi” və “Sabah” komandaları arasında olacaq. Bu qarşılaşma martin 4-də keçiriləcək.

CANLI YAYIM