Cokoviç Dubaydakı turnirdə 1/8 finala yüksəlib

1 Mart, 16:30 Sosial mediada paylaşın:
Dubayda keçirilən ATP seriyalı turnirdə ilk mərhələnin oyunları başa çatıb.  Planetin bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç çexiyalı Tomaş Maxaçla qarşılaşıb. İlk setdə Cokoviç daha osnra çexiyalı raketka ustası 6-3 hesabı ilə üstün olub. Gərgin keçən həlledici hissədə Novak rəqibinin müqavimətini tay brekdə qırıb.
Turnirin daha bir iddialı tennisçisi Daniil Medvedev də mərhələ adlayıb. O, italiyalı Matteo Arnaldiyə hər iki setdə qalib gəlib.  6:4 və 6:2
Rusiyanın turnirdəki digər təmsilçisi Aleksandr Şevçenko isə mübarizəni dayandırıb. Şevçenko polşalı Hubert Hurkaçla görüşün ilk setini 6-3 hesabı ilə xeyrinə tamamlasa da, uğurun davamını gətirə bilməyib.  Hurkaç ardıcıl iki hissədə - 6:3 və 7:6 hesabları ilə qalib gələrək 1/8 finala yüksəlib.
Kanadalı Feliks Oje Alyassim və amerikalı Maksim Keressinin qarşılaşması da 3 set olub. Alyassim ilk setdə tay brekdə üstün olub.  Lakin o, ikinci hissədə rəqibi ilə bacarmayıb. 3:6. Kanadalı tennisçi həlledici setdə istəyinə nail olub. Mükafat fondu 2 milyon  855 min dollar olan turnirə martın 4-də yekun vurulacaq.

CANLI YAYIM