MBA-da Şərq Konfransında lider dəyişdi

1 Mart, 14:21 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiasiyasında Şərq konfransında lider dəyişikliyi baş verib. Ötən gün “Boston Seltiks”in məğlubiyyətindən istifadə edən “Miluoki Baks” səfərdə “Bruklin Nets”i məğlub edərək zirvəyə yüksəlib.  Hərçənd “Barkleys Sentr”dəki oyunun ilk bölümündə “Miluoki” çətinliklə üzləşib. Fasiləyə qədər hesab arasındakı 4-ə endirən “Baks” ikinci hissədə meydanda dominantlığı ilə yadda qalıb. Oyunun qəhrəmanı isə 33 xal və 15 ribaundla diqqət çəkən “Baks”ın lideri Yannis Adetokumbo olub. Beləliklə də, “Bruklin”i 118:104 hesabıyla məğlub edən “Miluoki” ardıcıl 15-ci qələbəsini qazanıb. “Nets” isə ardıcıl 3-cü, son 6 oyunda isə 5-ci məğlubiyyəti ilə üzləşib.
Qərb konfransının lideri “Denver Naqqets” də gecəni qələbə ilə başa vurub. Səfərdə çempionatın autsayderlərindən olan “Hyuston Rokets”lə qarşılaşan koloradolular Camal Mürreyin məhsuldarlığı sayəsində rəqibini 133:112 hesabıyla məğlub edib. Yeri gəlmişkən, “Denver”in heyətində 14 xal, 11 ribaund və 10 məhsuldar ötürmə ilə yadda qalan Nikola Yokiç MBA-da 100-cü tripl-dablını edən 6-cı basketbolçu kimi tarixə düşüb. Buna qədər Rassell Uestbruk, Oskar Robertson, Məcik Conson, Ceyson Kidd və Lebron Ceyms analoji qəhrəmanlığa imza atmışdı.

CANLI YAYIM