Formula 1 komandalarının büdcəsi məlum olub

21 Fevral, 12:05 Sosial mediada paylaşın:
Yeni mövsüm əfərfəsində Formula 1 komandalarının büdcələri məlum olub.  Gözlənildiyi kimi Mühəndislər Kubokunun hazırkı qalibi “Red Bull” digər komandalardan daha yaxşı imkanlara malikdir. Avstriya komandası yeni mövsümdə 400 milyon dollarlıq büdcəylə mübarizəyə başlayacaq. İkinci pillədə 380 milyon dollarla “Mersedes” qərarlaşıb. “Ferrari”nin isə 375 milyon dollarlıq büdcəsi var.  Çempionatda ən az büdcəyə malik olan komanda isə “Haas” komandasıdır. Amerikalılar 150 milyon dollarlıq ehtiyata malikdir. Bütün bunlara baxmayaraq, maliyyə limiti qaydalarına görə Formula 1 komandaları yeni mövsümdə maksimum 154 milyon dollar vəsait xərcləyə bilər.

CANLI YAYIM