Selcan Mahsudova dünya kubokunda bürünc medal qazandı

20 Fevral, 13:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatında 23-cü turun gözlənilməz nəticəsi “Sabah” – “Turan Tovuz” oyununda qeydə alınıb. Buna kimi yalnız lider “Qarabağ”a uduzan “Sabah” mövsümdə 2-ci məğlubiyyəti ilə üzləşib. Artıq 11-ci dəqiqədə Natan Oduva qonaqların ilk qolunu vurub. Fasiləyə kimi Tovuz təmsilçiləri hesabı artıra bilərdilər. Amma Ayxan Huseynov penaltidən yararlana bilməyib. 2-ci hissədə isə Ayxan qapını dəqiq nişan alaraq istəyinə nail olub. Beləliklı Turan Tovuz səfərdə “Sabah”a 2:0 hesabı ilə qalib gəlib. Ardıcıl 3-cü qələbəsini qazanan komanda 26 xalla turnir cədvəlində 6-cı yerdədir. 53 xala malik “Sabah” isə 2-cidir.
Ən yaxın izləyicisinin məğlub olmasında lider  “Qarabağ” maksimum istifadə edib. Ağdam klubu “Zirə”yə minimal hesabla qalib gəlib. Oyunun sonunda Qismət Alıyevin avtoqolu həlledici olub. Beləliklə “Qarabağ” qələbə sayəsində “Sabah”la xal fərqini 8-ə yüksəldib. Son 4 oyunda 3-cü dəfə uduzan “Zirə” turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.

CANLI YAYIM