Yohannes Bö Almaniyada 5-ci qızıl medalını qazandı

17 Fevral, 16:24 Sosial mediada paylaşın:
Almaniyanın Oberhof şəhərində keçirilən biatlon üzrə dünya çempionatında mübarizə davam edir.  Yarışın 7-cü günü də əfsanəvi norveçli biatlonçu Yohannes Bönün benifisi ilə yadda qalıb. Fərdi qarışıq mikst yarışında 29 yaşlı biatlonçusu həmyerlisi Marte Röyselandla birgə  35 dəqiqə 37 saniyəlik göstərici ilə çempion olub. Beləliklə də Yohannes Bö bu mundialda 5-ci, karyerasında isə 17-ci dəfə dünya çempionatında qızıl medal qazanıb.  Bu həmçinin Bönün dünya çempionatlarında 29-cu medalı kimi tarixə düşüb. Bu göstəricidə Yohannes fransalı biatlonçu Marten Furkadı geridə qoyaraq 2-ci sıraya yüksəlib. Mütləq rekord isə 45 medalla bir başqa norveçli əfsanə Ule-Eynar Byorndalenə məxsusdur. Bununla yanaşı, Byorndalen bir mundialda 5 qızıl medal qazanan ilk biatlonçu kimi tarixə düşüb.
Yeri gəlmişkən, bu yarışda Liza Tereza Hauzerlə David Komatsdan ibarət olan Avstriya komandası 2-ci, Liza Vitotsi və Tomazo Cakomelin şərəfini qoruduğu İtaliya millisi 3-cü yeri tutub.

CANLI YAYIM