"Alpin" yeni bolidini ictimaiyyətə təqdim etdi

17 Fevral, 12:00 Sosial mediada paylaşın:
Formula 1 üzrə dünya çempionatına hazırlıq mərhələsi davam edir.
Demək olar ki, hər gün komandalar yeni bolidlərini ictimaiyyətə təqdim edir.  “Maklaren”, “Ferrari” və “Mersedes” komandalarından sonra “Alpin” də ənənəyə sadiq qalıb.  Fransa təmsilçisi sürət həvəskarlarını yeni yarış avtomobili ilə tanış edib. Martın 5-də Bəhreyndə start götürəcək ilk Qran-pridən etibarən “Alpin” “A523” indeksli bolidi ilə mübarizəyə qoşulacaq.  Bununla yanaşı, komanda ilk 3 yarışda titullu sponsoru BWT şirkətinə dəstək məqsədilə çəhrayı rəngli boliddə mübarizə aparacaq. Xatırladaq ki, ötən mövsüm bu komanda 173 xalla Mühəndislər Kubokunda 4-cü yeri tutub. 2 qat dünya çempionu Fernando Alonsonun “Aston Martin”ə keçidindən sonra bu ildən Fransa komandasının uğurları üçün iki yerli pilot Pyer Qasli ilə Esteban Okon mübarizə aparacaq.Yeri gəlmişkən, yeni mövsümdən Fransa millisinin sabiq əfsanəvi futbolçusu Zinəddin Zidan “Alpin” brendinin səfiri olacaq.  Təqdimat mərasimində iştirak edən dünya çempionu bu layihənin bir parçası olduğuna görə qürur hissi keçirdiyini söyləyib. O “Alpin”in daha böyük komandaya çevriləcəyinə inandığını söyləyib

CANLI YAYIM