Orxan Səfərov gümüş medal qazandı

17 Fevral, 11:30 Sosial mediada paylaşın:
İsraildə cüdo üzrə Böyük Dəbilqə turniri başlanıb.
Yarışın ilk günündə 3 cüdoçumuz mübarizəyə qoşulub ki, onlardan da Orxan Səfərov fəxri kürsüyə qalxa bilib. 66 kq-da çıxış edən idmançımız ardıcıl olaraq Argentina, İspaniya və Bolqarıstandan olan rəqiblərini məğlub edərək yarımfinala çıxıb. Burda gürcüstanlı Laşa Nadiradze cüdoçumuzun qarşısında aciz qalıb. Orxan Səfərov finalda Gürcüstanın digər təmsilçisi Vaja Marqelaşvili ilə üz-üzə gəlib. Görüşün əvvəlində idmançımız üstünlük əldə etsə də, sonradan rəqib hesabda tarazlıq yarada bilib. Finalın taleyi qızıl xalla müəyyənləşib. Burda isə Gürcstan idmançısı fənd tətbiq edərək qələbə qazanıb. Orxan Səfərov isə gümüş medalla kifayətlənib. 60 kqda isə Balabəy Ağayev mükafat qazanmağa yaxın olub. O, bürünc medal uğrunda görüşdə Türkiyəli Salih Yıldıza uduzub. Xatırladaq ki, fevralın 18-də başa çatacaq olan yarış İdman TV-də canlı yayımlanır.

CANLI YAYIM