Azərbaycan çempionatında 6-cı turun oyunları olub. Günün ilk qarşılaşmasında “Abşeron” və “Murov” üz-üzə gəlib.
İlk 2 hissədə “Abşeron” rəqibinə qalib gəlib 25:22 və 25:19. 3-cü hissədə 25:17 hesabı ilə üstün olan “Murov” voleybolçuları ümidlənsələr də, bu yalnız təsəlli olub. 4-cü set 25:21 hesabı ilə “Abşeron”un xeyrinə bitib. Beləliklə komanda 3:1 hesablı qələbə qazanıb. Çempionatın lideri “Azərreyl” də azarkeşlərini sevindirib. Komanda autsayder UNEC-i məğlub etməkdə çətinlik çəkməyib. Hər 3 set “Azərreyl”in asan qələbəsi ilə bitib - 25:13, 25:10 və 25:7.
Beləliklə də “Azərreyl” 14 xalla 2-ci dövrəni lider başa vurub. Ondan 2 xal geri qalan “Abşeron” 2-ci, 10 xala malik “Murov” 3-cü pillədədir. Bütün qarşılaşmalarda set belə qazanmadan uduzan UNEC isə autsayderdir.