Qadın şahmatçılar arasında Azərbaycan çempionatı davam edir

9 Fevral, 11:00 Sosial mediada paylaşın:
Qadın şahmatçıların Azərbaycan çempionatında 5-ci turun görüşləri keçirilib.
3 xal yarımla lider olan Ayan Allahverdiyeva bu tur istirahət edib. Digər görüşlərə gəlincə, yeganə heç-heçə Xanım Balacayeva və Nurtan Nuriyeva arasında qarşılaşmada qeydə alınıb. Ləman Hacıyeva Zeynəb Məmmədyarovaya, Səbinə İbrahimova Türkan Məmmədyarovaya, Xəyalə Abdulla Nərmin Abdinovaya, Gövhər Beydullayeva isə Gülnar Məmmədovaya qalib gəlib. Bu nəticələrdən sonra Ayan Allahverdiyeva 3 xal yarımla əvvəlki zirvədədir. Gövhər Beydullayeva və Xanım Balacayeva hərəyə 3 xalla 2-3-cü yerləri bölüşdürür. 4, 5 və 6-cı pillələrdə Səbinə İbrahimova, Xəyalə Abdulla və Türkan Məmmədyarova qərarlaşıblar. Onların hesabında 2 xal yarım var. Ləman Hacıyeva, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova 2 xalla 7-9-cu yerlərdədilər. 1 xalı olan Nərmin Abdinova və Nurtan Nuriyeva isə sonuncu - 10 və 11-ci sıralardadır.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manatdır.

CANLI YAYIM