Qərb Konfransının lideri "Denver Naggets"dən daha bir qələbə

3 Fevral, 15:00 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında da növbəti oyunlar keçirilib.
Qərb Konfransına başçılıq edən “Denver Naggets” növbəti oyununu hazırki çempion “Qolden Steyt Varriors”a qarşı keçirib. Ötən oyunda “Nyu Orleans Pelikans”ı məğlub edən lider bu dəfə də ümidləri doğruldub. Meydan sahibləri böyük fasiləyə minimal fərqlə irəlidə yollanıblar 70:69. 3-cü hissədə isə hücumlarını gücləndirə Denver basketbolçuları 13 xal daha artıq toplamaqla üstünlükləni möhkəmləndiriblər. Sonuncu periodda isə qonaqlar məğlubiyyətdən xilas olmaq üçün ciddi müqavimət göstərsələr də istəkləinə nail ola bilməyiblər. Görüşün yekun  nəticəsi isə belə olub: “Denver Naggets” – “Qolden Steyt Varriors” 134-117
Meydan sahiblərinin heyətində Camal Mürray 33 xal , 5 ribaund və 8 məhsuldar ötürmə gecənin ən yaxşı basketbolçusu olub. Qeyd edək ki, “Denver Naggets” Qərb konfransına başçılıq edir. Ardıcıl iki oyundur məğlub olan “Qolden Steyt Varriors” isə 9-cudur. Şərq konfransında isə “Boston Seltiks” irəlidədir.

CANLI YAYIM