Musa Qurbanlı gənc bombardirlərin siyahısına liderlik edir

3 Fevral, 12:30 Sosial mediada paylaşın:
Cari mövsüm Avropanın milli çempionatlarında 21 yaşadək futbolçular arasında ən çox qol vurmuş oyunçular bəlli olub.
Siyahıda Azərbaycan millisinin və “Qarabağ” klubunun hücumçusu Musa Qurbanlı da yer alıb. Gənc forvard 14 qolla Fransanın “Reyms” komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür.
İlk üçlüyü Portuqaliyanın “Benfika” klubunun futbolçusu Qonsalu Ramuş (12 qol) qapayır.
Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"da çıxış edir.

CANLI YAYIM