Güləşçilərimiz Zaqrebdə daha 3 medal qazandı

3 Fevral, 12:00 Sosial mediada paylaşın:
Xorvatiyada ilin ilk reytinq turniri "Zaqreb Open"də sərbəst güləşçilərimiz daha 3 medal əldə ediblər. 125 kq-da ölkəmizi təmsil edən Georgi Meşvildişvili finalda iranlı Əmir Hüseyn Abbasla qarşılaşmalı olsa da, zədələndiyi üçün döşəyə çıxmayıb. Nəticədə texniki məğlubiyyətlə üzləşən idmançımız gümüş medalla kifayətlənib.
92 kqda Osman Nurməhəmmədov bürünc medal əldə edib. O, 3-cülük uğrunda görüşdə amerikalı Conatan Ayello-ya qalib gəlib.
97 kqda isə Maqomedxan Maqomedov bürünc mükafat qazanıb. O, həlledici görüşdə polşalı Radoslav Barandan üstün olub. 
Xatırladaq ki, yarışın ilk günündə komandamız 5 medal əldə etmişdi. Əliabbas Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Hacı Əliyev  gümüş, Cəbrayıl Haciyev, Əli Rəhimzadə və Hacimurad Haciyev isə bürünc mükafat qazanıblar

CANLI YAYIM