"Barselona" liderliyini qoruyur

2 Fevral, 14:02 Sosial mediada paylaşın:
İspaniya La Liqasının 17-ci turunda lider “Barselona” Sevilya səfərinə yollanıb.
“Benito Vilyamarin” stadionunda yerli “Betis” kollektivi ilə üz-üzə gələn kataloniyalılar ilk hissədə üstünlüyü ilə yadda qalsa da hesabı aça bilməyiblər. Fasilədən sonra hücumlarına ara verməyən Xavi Ernandesin kollektivi 65-ci dəqiqədə rəqib qapısına yol tapmağa nail olub. Alexandro Baldenin ötürməsindən sonra Rafinya hüsumu qolla tamamlayıb. Qarşılaşmanın sonlarında “Barselona” futbolçuları fərqi iki topa çatdırıblar. Çempionatın ən sərrast futbolçusu Robert Levandovski La Liqadakı qollarının sayını 14-ə yüksəldib. 5 dəqiqə sonra Jül Kündenin kobud səhvi avtoqolla nəticələnib. Hesabı minimuma endirən “Betis” məğlubiyyətdən xilas ola bilməyib: “Betis” – “Barselona” 1:2.
Beləliklə, 50 xalı olan “Barselona” zirvədəki mövqeyini bir qədər də yaxşılaşdırıb. 31 xalla “Betis” isə “Vilyarreal” ilə birlikdə 5-ci, 6-cı pillələri bölüşür.

CANLI YAYIM