"Sabah" "Qəbələ"ni, "Neftçi" isə "Zirə"ni məğlub edib

2 Fevral, 11:30 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 20-ci turunda “Qəbələ” doğma arenada “Sabah”ı qəbul edib. Oyun meydan sahibləri üçün heç də yaxşı başlamayıb. 28-ci dəqiqədə Ruan Renato 2-ci dəfə sarı vərəqə ilə cəzalanaraq “Qəbələ”ni çətin vəziyyətdə qoyub. Say üstünlüyü əldə edən “Sabah” futbolçuları 1 saatın tamamında hesabı açmağa nail olublar. Davit Volkov ilk qolun müəllifi olub. 10 dəqiqədən sonra qonaqlar 2-ci qolu vurublar. Con İrasabal qapını dəqiq nişan alıb. Yekun nəticəni isə Coy Lens Mikels müəyyənləşdirib - 3:0.  Mövsümdə 15-ci qələbəsini qazanan “Sabah” 49 xalla 2-ci pillədədir. Komanda lider “Qarabağ”dan 7 xal geri qalır. 26 xala malik “Qəbələ” 5-ci yerdədir.
20-ci tura “Neftçi” – “Zirə” görüşü ilə yekun vurulub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Voyislav Stankoviç fərqlənərək “Neftçi”yə minimal hesablı qələbə qazandırıb. Qeyd edək ki, qalan vaxtda “Zirə”nin heyətində Donald Gerye qırmızı vərəqə ilə cəzalanmaqla yadda qalıb. 20 tura 41 xal toplayan “Neftçi” ən yaxın izləyicisi “Zirə”ni 10 xal qabalqayaraq 3-cü pillədə qərarlaşıb.

CANLI YAYIM