2 fevral Gənclər Günüdür

2 Fevral, 11:00 Sosial mediada paylaşın:
2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.1997-ci ildə ulu öndər  Heydər Əliyevin sərəncamı təsis olunan bu gün ilə ölkəmizdə dövlət gənclər siyasətinin əsas qoyulub. Bu, dövlətin xüsusi önəm verdiyi priaritet sahələrdəndir. Prezident İlham Əliyev gənclərin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakı, gənclərin əsl vətəndaş kimi yetişməsi, təhsil alması,  fiziki cəhətdən sağlam  olması istiqamətində mühüm işlər həyata keçirir.
Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşdır. Millətin mövcudluğu onun sağlam gəncliyinin vacib şərtidir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Vaxtilə ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss etmişlər. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının çox saylı fərman və sərəncamları bu sahənin inkişafını daha da sürətləndirib. Bu fəaliyyətin nəticəsi olaraq ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. 1997-ci ilfevralın 1-də “2 fevral” – Azərbaycan gəncləri gününün élan edilməsi haqqında Sərəncam imzalanıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumilikdə Azərbaycan gənclərinin 7 forumu keçirilib ki, bunlardan 5-i son 13 ilə təsadüf edir. Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi gənclər üçün yeni perspektivlərin reallaşmasına təkan verdi. Gənclik həm də idman deməkdir. Ölkə başçısının diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan idmanı özünün inkişaf mərhələsindədir. İdmançılarımız ən mötəbər yarışlarda, olimpiya, dünya və Avropa çempionatlarında yüksək naliyyətlər qazanırlar. Saglam gələcəyimizin təminatçısı olan idman öləmizdə kütləvi xarakter alıb. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada müasir idman qurğuları olmasın. Məhz həmin idman obyektlərində məşq keçən yeniyetmə və gənclərimiz sağlam cəmiyyətimizin formalaşmasında mühüm rol oynayır. Azərbaycan gənci vətənpərvərdir, Azərbaycan gənci həm də bir əsgərdir. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmaısnda gənclərimiz canlarnı belə əsirgəmədilər. 44 günlük vətən müharibəsindəki şanlı qələbəmiz Azərbaycan gəncinin, ordusunun gücünü dünyaya nümayiş etdirdi.  Azərbaycan gənci Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Gənclərimiz ölkə başçısının Azərbaycanın tərəqqisi, xalqımızın rifahı naminə həyata keçirdiyi işləri daim dəstəkləyir. 
 

CANLI YAYIM