Novak Cokoviç ABŞ-dakı "Masters" turnirlərinə qatıla bilməyəcək

1 Fevral, 16:47 Sosial mediada paylaşın:
Karyerasında 10-cu dəəfə “Australian Open”in qalibi olan Novak Cokoviç ardıcıl 2-ci mövsüm İndian-Uells və Mayamidə keçiriləcək “Masters” turnirlərində iştirak edə bilməyəcək.
Buna Novakın vaksinasiya sertifikatının almaması səbəb olub. Amerika Birləşmiş Ştatlarının qanunlarına görə, koronavirus əleyhinə peyvənd olunmayanlar mayın 11-nə qədər bu ölkəyə səfər edə bilməz. Buna baxmayaraq, serbiyalı raketka ustası ötən il iştirak etmədiyi “US Open”ə qatıla biləcək. Həmin turnir isə avqustun sonlarında keçiriləcək.

CANLI YAYIM